Operativ Məlumat Mərkəzi

Estoniya və NATO Baltik dənizində kabel qırılmasından sonra hərəkətə keçəcək

1 dəq
Paylaş:
Estoniya və NATO Baltik dənizində kabel qırılmasından sonra hərəkətə keçəcək

Estoniya Baltik dənizində sualtı kabellərlə bağlı insidentlərdən sonra NATO müttəfiqləri ilə birlikdə hərəkətə keçəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Estoniya prezidenti Alar Karis bildirib.

O qeyd edib ki, Baltik dənizində infrastrukturun daimi zədələnməsi qəzalardan deyil, sistemli təhdiddən ibarətdir.

Karis ölkənin bu təhlükəyə qarşı Finlandiya və digər NATO ölkələri ilə birlikdə tədbirlər görəcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər