Əsas məzmuna keç

Ermənistan ordusuna məxsus dron Laçın rayonu istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

Ermənistan ordusuna məxsus dron Laçın rayonu istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

İyulun 28-də silahlı qüvvələrinə məxsus Ordusunun Laçın rayonu istiqamətində mövqeləri üzərində uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

"İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", – hərbi qurumun məlumatında qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…