Əsas məzmuna keç

Ermənistan müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Ermənistan müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

bu barədə “Sputnik Armenia” məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistanla Azərbaycanın dövlət sərhədində və Qarabağda...

Ermənistanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı generalı Oleq Salyukov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistanla Azərbaycanın dövlət sərhədində və Qarabağda sülhməramlıların məsuliyyət zonasındakı vəziyyəti, habelə Rusiya sülhməramlı missiyasının effektivliyinin artırılması məsələsini müzakirə ediblər.

Həmçinin görüş zamanı üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…