Operativ Məlumat Mərkəzi

Ərdoğan: NATO ölkələri Türkiyədən nümunə götürərək Rusiya və Ukrayna ilə əlaqələri davam etdirə bilər

1 dəq
Paylaş:
Ərdoğan: NATO ölkələri Türkiyədən nümunə götürərək Rusiya və Ukrayna ilə əlaqələri davam etdirə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ölkələrinə çağırış edərək bildirib ki, onlar da Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyənin tətbiq etdiyi balanslı siyasət modelini nümunə götürməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan bu barədə "Fox News"a müsahibəsində deyib:

“NATO Rusiya ilə münasibətlərdə Türkiyə modelindən istifadə edə bilər. Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətləri qoruyuruq və sülh modeli üzərində işləyirik. Bu, izlənilə biləcək yoldur”.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə “ilk görüşlərindən etibarən” yaxşı münasibətlər saxladıqlarını vurğulayıb. O, eyni zamanda, Türkiyənin Ukrayna ilə də əlaqələrini davam etdirdiyini bildirib.

Prezidentin sözlərinə görə, Ankara hər iki ölkə arasında sülhün əldə olunması istiqamətində vasitəçilik səylərini davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər