Əsas məzmuna keç

Ərdoğan: NATO ölkələri Türkiyədən nümunə götürərək Rusiya və Ukrayna ilə əlaqələri davam etdirə bilər

Ərdoğan: NATO ölkələri Türkiyədən nümunə götürərək Rusiya və Ukrayna ilə əlaqələri davam etdirə bilər

prezidenti Rəcəb Tayyib NATO ölkələrinə edərək bildirib ki, onlar da ilə münasibətlərdə Türkiyənin tətbiq etdiyi balanslı siyasət modelini nümunə götürməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan bu barədə "Fox News"a müsahibəsində deyib:

“NATO Rusiya ilə münasibətlərdə Türkiyə modelindən istifadə edə bilər. Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətləri qoruyuruq və sülh modeli üzərində işləyirik. Bu, izlənilə biləcək yoldur”.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə “ilk görüşlərindən etibarən” yaxşı münasibətlər saxladıqlarını vurğulayıb. O, eyni zamanda, Türkiyənin Ukrayna ilə də əlaqələrini davam etdirdiyini bildirib.

Prezidentin sözlərinə görə, Ankara hər iki ölkə arasında sülhün əldə olunması istiqamətində vasitəçilik səylərini davam etdirəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…