Əsas məzmuna keç

Ərdoğan Boludadır - YENİLƏNİB

Ərdoğan Boludadır - YENİLƏNİB

o, hazırda yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir. *** Türkiyə Prezidenti Rəcəb Tayyib...

Prezidenti Tayyib Bolu vilayətində yanğın baş verən əraziyə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, hazırda yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Bolu vilayətinə yollanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun açıqlayıb.

Bildirilib ki, Ərdoğan Boluda dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğında olanların cənazə namazında iştirak edəcək.

Xatırladaq ki, yanvarın 21-də Bolunun Kartalkaya dağ-xizək mərkəzinin hotelində güclü yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər həlak olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…