Operativ Məlumat Mərkəzi

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

1 dəq
Paylaş:
Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib
bu barədə APA-ya Akademik Milli Dram teatrının aktyoru Cümşüd Zeynalov məlumat verib. O, bir az əvvəl evində vəfat edib. Qeyd edək ki, Rəşad Bəxtiyarov...

Əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu barədə APA-ya Akademik Milli Dram teatrının aktyoru Cümşüd Zeynalov məlumat verib.

O, bir az əvvəl evində vəfat edib.

Qeyd edək ki, Rəşad Bəxtiyarov 1978-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 2001-ci ildən Akademik Milli Dram Teatrında işə başlayıb. Bir sıra bədii filmlərdə və teleseriallarda rollar ifa edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər