Əsas məzmuna keç

Əjdər İsmayılov VƏFAT ETDİ - FOTO

Əjdər İsmayılov VƏFAT ETDİ - FOTO

Uzaq səfərlər kapitanı Əjdər İsmayılov vəfat etdi. ASCO-nun təcrübəli dənizçisi haqqında məlumat.

Təcrübəli dənizçi, uzaq kapitanı Əjdər İsmayılov edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Xəzər Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.

Ə.İsmayılov Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. Dörd illik təhsil ocağını öz bilik və bacarığı hesabına cəmi iki ilə başa vurub.

O, karyerasında da yaşıdlarından seçilib. Təhsilini başa vurandan sonra təyinatla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1966-cı ilin martından başlayan iş həyatı 2013-cü ilə kimi davam edib.

İlk vəzifəsi kapitanın III köməkçisi olub. 1974-cü ildən sonra vəzifə pillələri ilə daha sürətlə irəliləyib. Kapitanın II köməkçisi, baş köməkçisi və nəhayət, kapitan vəzifəsinə yüksəlib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əksər gəmilərində və zavodlarında işləyib.

Dəniz nəqliyyatı sahəsindəki xidmətlərə görə müxtəlif fərmanlarla təltif olunan Əjdər İsmajılov İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına da layiq görülüb.

ASCO rəhbərliyi və kollektivi adından kapitan Əjdər İsmayılovun vəfatından kədərləndiyimizi bildirib, yaxınlarına başsağlığı verib.

Təcrübəli dənizçi Əjdər İsmayılov vəfat edib -

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…