Əsas məzmuna keç

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə...

Ərəb Respublikasının dövrü Prezidenti Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.

O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə İlham Əliyevə təşəkkürünü bildirib.

Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…