Operativ Məlumat Mərkəzi

Dimarko İngiltərəyə transfer oluna bilər

1 dəq
Paylaş:
Dimarko İngiltərəyə transfer oluna bilər

"İnter"in müdafiəçisi Federiko Dimarko İngiltərənin top klublarından birinin maraq dairəsinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Məlumata görə, "Mançester Yunayted" 27 yaşlı italiyalını transfer etmək istəyir.

Dimarkonun transferi "qırmızı şeytanlar"ın yay transfer pəncərəsi üçün prioritet hədəfidir.

İtaliya çempionatının cari mövsümündə Federiko 24 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər