İspaniyalı qapıçı David de Xea "Fiorentina"da qalacaq. Florensiya klubu ulduz qolkiperin oyunundan razı qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, italyanlar növbəti mövsüm üçün təcrübəli futbolçu ilə əməkdaşlığı genişləndirmək variantını aktivləşdirmək niyyətindədirlər.
İtaliya A Seriyasının cari mövsümündə 34 yaşlı De Xea 28 oyun keçirib. İspaniyalı qolkiper 10 matçda 29 qol buraxıb və qapısını təmiz saxlayıb.