Əsas məzmuna keç

Coratda silah-sursat aşkar edilib

Coratda silah-sursat aşkar edilib

Sumqayıt şəhərinin Corat qəsəbəsində silah-sursat edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən () məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 7,62 mm-lik AK-74 avtomatı, 1 ədəd AK-74 avtomatının darağı və 28 ədəd 7,62 mm-lik güllə olduğu müəyyənləşib.

Silah-sursatlar ərazidən götürülüb, hadisə yerində, ona yaxın ərazidə digər təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…