Əsas məzmuna keç

Çin və Almaniya gərginliyin aradan qaldırılmasını istəyir

Çin və Almaniya gərginliyin aradan qaldırılmasını istəyir

Çinlə əlaqələrinin gücləndirilməsini və gərginliyin aradan qaldırılmasını istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Reuters“ Pekində Çinin Baş nazirinin müavini He Lifenq və Almaniyanın maliyyə naziri Klinqbeil arasında baş tutan görüşün yekunlarına istinadən yayıb.

Xəbərdə deyilir ki, görüş zamanı iki ölkənin ticarət əlaqələrini gücləndirməli və dünyanın ikinci və üçüncü ən böyük iqtisadiyyatları arasında aylarla davam edən ticarət gərginliyini aradan qaldırmalı olduğu vurğulanıb.

Bildirilir ki, bu gün Lars Klinqbeil Almaniya Kansleri Fridrix Merz rəhbərliyindəki hökumətin nazir səviyyəsində ilk rəsmi səfərini həyata keçirir. Bu, ötən ay Almaniyanın naziri Yohann Vadefulun Çinə səfərinin ləğv olunmasından sonra baş tutub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…