Əsas məzmuna keç

Çin Rusiyanı sanksiyalarla hədələdi

Çin Rusiyanı sanksiyalarla hədələdi

bu barədə "Politico" nəşri üç Avropa diplomatik mənbəyə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, müzakirələrdə Çin Xalq Respublikasından daha çox...

Avropa İttifaqı Rusiyaya qarşı edilən sanksiyaların yeni – 19-cu raundu çərçivəsində bir neçə Çin şirkətinə sanksiya tətbiq planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" nəşri üç Avropa diplomatik mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, müzakirələrdə Çin Xalq Respublikasından daha çox hüquqi şəxsin siyahısına daxil edilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı müvafiq iclasın sentyabrın 19-da keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 16-da "Bloomberg" agentliyi Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı yeni – 19-cu sanksiyalar paketi üzərində işlədiyini xəbər vermişdi.

Yeni sanksiyaların əsas hədəfi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləmək üçün üçüncü vasitəsilə əldə etdiyi texnologiya və avadanlıqlara mane olmaqdır. Bu kontekstdə Çin şirkətlərinin də bu tədarük zəncirində rol oynadığı ehtimal edilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…