Əsas məzmuna keç

Çin mediası Vaşinqton görüşünü diqqətdə saxlayır

Çin mediası Vaşinqton görüşünü diqqətdə saxlayır

milli xəbər agentliyi Sinxua, Çin Media Qrupuna aid Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu Çin Xəbər Xidməti və Çaysin internet nəşrləri, onlarla...

Çinin nüfuzlu media qurumları İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Trampın dəvəti əsasında Vaşinqtonda keçiriləcək görüşünü diqqətdə saxlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, milli xəbər agentliyi Sinxua, Çin Media Qrupuna aid Çin Mərkəzi Televiziyası (CCTV), nüfuzlu Çin Xəbər və Çaysin internet nəşrləri, onlarla populyar xəbər saytları ABŞ Prezidenti Donald Trampın hər iki ölkənin liderini görüş üçün Vaşinqtona dəvət etdiyini yazır.

Məqalələrdə Donald Trampın “Truth Social” platformasında etdiyi paylaşıma istinad olunub, liderlərin üçtərəfli görüşünün regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və rifahın təşviqi üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Çin mediası Vaşinqtonda ilə arasında sülh danışıqları ilə yanaşı, Birləşmiş Ştatların Ermənistan və Azərbaycan ilə ikitərəfli iqtisadi razılaşmalar imzalamaq niyyətindən də söz açıb. Bundan başqa, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi məsələsinə də toxunulub, dəhlizin gələcəkdə yük və sərnişin daşımalarını təmin etmək məqsədilə dəmir yolu, neft və qaz boru kəmərləri, eləcə də optik internet xətlərini əhatə edəcəyi diqqətə çatdırılıb.

Məqalələrdə Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tarixi barədə də məlumat verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…