Çin aviaşirkətləri ABŞ-ın qarşılıqlı tarifləri” səbəbindən "Boeing" təyyarələrinin qəbulunu dayandırmağa başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çinin “Di Caijing” maliyyə nəşri məlumat yayıb.
"Bloomberg" daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Çin hakimiyyəti ticarət müharibəsi ilə əlaqədar olaraq öz aviaşirkətlərindən "Boeing" təyyarələrinin idxalını, həmçinin Amerika şirkətlərindən təyyarələr üçün hər hansı avadanlıq və hissələrin alınmasını dayandırmağı tələb edib.