Çinin Ümumdünya Ticarət Təşkilatı yanında Daimi Nümayəndəliyindən bildirilib ki, ABŞ-nin Çini Rusiyadan enerji məhsullarının alınmasını dayandırmağa məcbur etmək cəhdləri iki ölkə arasındakı müqavilələrə təsir etməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Xeyr, mən belə düşünmürəm”, - agentliyin həmsöhbəti ABŞ-nin mövqeyinin Çin və Rusiya arasında enerji müqavilələrinə təsir edib-etməməsi ilə bağlı suala cavab verib.
Onun sözlərinə görə, Rusiya və Çin münasibətləri “hərtərəfli və dərindir”. O, bunun yüksək səviyyədə etiraf edildiyini və dəfələrlə qeyd edildiyini vurğulayıb.