Operativ Məlumat Mərkəzi

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon...

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər