Əsas məzmuna keç

Ceyhun Bayramov Kallasla Azərbaycanla Aİ arasında siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətindən danışıb

Ceyhun Bayramov Kallasla Azərbaycanla Aİ arasında siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətindən danışıb

bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı çərçivəsində Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu...

Azərbaycanın naziri və Avropa İttifaqının (Aİ) xarici işlər və siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas zamanı siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı çərçivəsində Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…