Cənubi Koreya prezidenti Li Jae-Myunq Şimali Koreya ilə yarımadada "sülh və birgə yaşamaq" üçün dialoq mesajı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Korea Times” yazıb.
Li Şimalla əlaqəni "tamamilə kəsməyin" axmaqlıq olacağını deyib və Pxenyanla "davamlı əlaqə" hədəflədiklərini qeyd edib.
Li yarımadada “sülh və birgəyaşayışı” gücləndirmək üçün Şimali Koreya ilə dialoq qurmaq üçün səy göstərəcəyini bildirib.
Dialoq, ünsiyyət və əməkdaşlığın mütləq vacib olduğunu vurğulayan Li, "diplomatiya müharibə zamanlarında belə davam edir. Bəyənməsək belə, dinləməyə hazır olmalıyıq" deyib.