Əsas məzmuna keç

Çempionlar Liqasının final oyununun hakimi bəlli oldu

Çempionlar Liqasının final oyununun hakimi bəlli oldu

Çempionlar Liqasında İspaniyanın “Real Madrid” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçiriləcək həlledici matçı (1 iyun) sloveniyalı...

UEFA 2023-2024-cü illər mövsümündə avrokubokların oyunlarına təyinatlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında İspaniyanın “” və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçiriləcək həlledici matçı (1 iyun) sloveniyalı referi Slavko Vinçiç idarə edəcək.

Qadın futbolçular arasında qitənin bir nömrəli klub turnirinin finalı (25 may) ingiltərəli Rebekka Uelşə tapşırılıb. O, İspaniya “Barselona”sının Fransa “Lion”u ilə duelində qoruyacaq.

Avropa Liqasında İtaliya “Atalanta”sı ilə Almaniya “Bayer”inin görüşünün (22 may) baş hakimi rumıniyalı İştvan Kovaç olacaq.

Konfrans Liqasında Yunanıstanın “Olimpiakos” və İtaliyanın “Fiorentina” komandaları arasında reallaşacaq qarşılaşma (29 may) isə portuqaliyalı hakim Artur Soareş Diaşa həvalə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…