Əsas məzmuna keç

Çaylarda sululuq artıb - 17.06.2025

Çaylarda sululuq artıb - 17.06.2025

Çaylarda müşahidə olunan vəziyyət açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hidroloji stansiyaların iyunun 17-si saat 9:00-a olan məlumatına əsasən və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 10 sm, Tutqunçayda 9 sm, Quruçayda 11 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 3 sm, Təngərüdçayda isə 2 sm artım alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su 332 m3/san olmaqla normanın 56%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 20 sm artıb, su sərfi 199 m3/san olmaqla normanın 118%-ni təşkil edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…