Əsas məzmuna keç

Cansu Bektaş: "Dəvət üçün cənab İlham Əliyevə təşəkkür edirəm"

Cansu Bektaş: "Dəvət üçün cənab İlham Əliyevə təşəkkür edirəm"

bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Bakıda qarşılama zamanı deyib. 20...

"Bizi buraya dəvət etdikləri üçün İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bakıda qarşılama zamanı deyib.

20 yaşlı idmançı gözəl qarşılanmaya görə xoşbəxt olduğunu bildirib: "Özümlə qürur duyuram. hər zaman dost və qardaşdır. xalqını çox sevirəm. Federasiya prezidenti Talat Ünlüyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəlmişik. Mən medalımı Azərbaycana həsr etdim. Bunu mənim ağlıma gətirən də Talat Ünlü idi. Dostum Nazilə İsmayılovaya söz vermişdim. Sözümü tutduğum üçün də sevinirəm".

Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova isə öz növbəsində həmkarının Bakıya gəlməsinə görə çox sevindiyini söyləyib: "Bunun üçün şad oldum. Cansu ilə yaxşı dostluğumuz var. Ondan çox razıyam. Həmişə var olsun, onu çox istəyirəm. Dostluğumuz Türkiyədəki İslam Həmrəylik Oyunlarında başlayıb".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…