Əsas məzmuna keç

Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

Bu gündən günləri və şənbə-bazar günləri nəzərə alınmaqla tətilindən sonra altıgünlük iş həftəsi ilə ümumi müəssisələrində ilk dərs günü başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-də olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək olub.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olub. Orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayıb və tam 17 gün - 25 noyabra qədər davam edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…