Əsas məzmuna keç

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Bu gün ilaxır çərşənbə – Torpaq çərşənbəsidir

Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın...

Bu gün Azərbaycanda bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – çərşənbəsidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Novruzdan əvvəl onun simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, verməzlər.

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…