Əsas məzmuna keç

Bu gün Bakının iki rayonunun bəzi hissələrində qaz olmayacaq

Bu gün Bakının iki rayonunun bəzi hissələrində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü...

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Səngəçal” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz təchizatının dayandırılması ilə əlaqədar olaraq, rayonunun Bağlar və Yeni Evlər massivləri, Sahil, Umbakı, qəsəbələri, həmçinin Yol evləri, Bağ evləri adlanan yaşayış ərazilərində müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda, Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…