Əsas məzmuna keç

"Brokoli və kahı” yükünün içərisindən 118 kq marixuana aşkar edilib

"Brokoli və kahı” yükünün içərisindən 118 kq marixuana aşkar edilib

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - yükünün içərisində gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DGK-dən məlumat verilib.

Bildirilib ki, Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Brokoli və kahı” yükü aparan vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…