Əsas məzmuna keç

Britaniyanın daxili işlər naziri istefaya göndərilib

Britaniyanın daxili işlər naziri istefaya göndərilib

noyabrın 13-də Rişi Sunak nazirlər kabinetinin heyətində dəyişiklikləri elan etməyi planlaşdırır. Suella Braverman son günlər həm müxalifət...

Böyük Britaniyanın Baş naziri Fələstinə aksiyaları zamanı polisin fəaliyyətini edən daxili işlər naziri Suella Bravermanı istefaya göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" Sky News telekanalına istinadla xəbər verir ki, noyabrın 13-də Rişi Sunak nazirlər kabinetinin heyətində dəyişiklikləri elan etməyi planlaşdırır.

Suella Braverman son günlər həm müxalifət nümayəndələri, həm də hakim Mühafizəkarlar partiyasındakı bəzi həmkarları tərəfindən sərt tənqid olunur. O, ötən həftə “The Times” qəzeti üçün yazdığı məqalədə Fələstinə dəstək aksiyalarını “nifrət marşı” adlandırmış, onları irlandiyalı respublikaçıların Şimali İrlandiyadakı aksiyaları ilə müqayisə etmiş və polisin belə aksiyalara icazə verməklə solçu fəalların əlinə oynadığını bildirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…