Britaniya hökuməti ABŞ rəhbərliyinin hansı qərarlar qəbul etməsindən asılı olmayaraq, Ukraynada sülhün əldə edilməsi və Kiyevə dəstək verməyə davam edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin müavini Angela Rayner BBC radiosuna müsahibəsində bildirib:
"Ən qədim və ən güclü müttəfiqimiz olan ABŞ ilə əlaqələri davam etdirəcək, Avropalı tərəfdaşlarımızla əlaqə saxlamağa davam edəcək və Ukraynaya olan dəstəyimizi artırıracayıq".