Əsas məzmuna keç

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərə baş çəkib

BQXK Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərə baş çəkib

İyun ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi errməni əsilli şəxslərə yenidən baş...

İyun ayında Xaç Komitəsinin (BQXK) əməkdaşları tərəfinin haqqında məlumat verdiyi errməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BQXK-dan bildirilib.

Qeyd olunub ki, şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün yaradılıb və onlar ailələrindən bağlamalar alıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", məlumatda deyilir.

Qeyd edək ki, iyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini yaxın vaxtlarda dayandıracağı barədə məlumat yayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…