Əsas məzmuna keç

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb

bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib. O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və...

İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rosen bildirib.

O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib.

Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

“Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…