Əsas məzmuna keç

BMT: Qəzza zolağında bütün əhali aclıq təhlükəsi ilə üz-üzədir

BMT: Qəzza zolağında bütün əhali aclıq təhlükəsi ilə üz-üzədir

bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau Kanadanın CBC telekanalına açıqlamasında bildirib. Onun sözlərinə...

Qəzza zolağına tədarükü yaxın həftələrdə əhəmiyyətli dərəcədə artırılmazsa, bölgədə bütün aclığa məruz qala bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Kanadanın CBC telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Qəzzaya gündə orta hesabla 100-dən az ərzaq daşıyan maşını daxil olur. Halbuki, fevral və mart aylarında atəşkəs dövründə gündəlik 600-700 yük maşını ərzaq çatdırılırdı.

“2,2 milyon insan üçün bu, vedrədə bir damladır. vəziyyət daha bir neçə həftə davam edərsə, bütün Qəzza əhalisi aclıqdan əziyyət çəkəcək”, – Skau qeyd edib.

Xatırladaq ki, sentyabrın ortalarında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı təxminən 1,4 milyon insanın – əsasən Qəzza və Sudanda – fəlakətli qida təhlükəsizliyi ilə üzləşdiyini açıqlamışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…