Əsas məzmuna keç

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb. Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun...

Biləsuvarda qardaşını öldürməkdə şübhəli şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb. Abuzər iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…