Operativ Məlumat Mərkəzi

"Beşiktaş" Rik van Drongeleni gündəminə alıb

1 dəq
Paylaş:
"Beşiktaş" Rik van Drongeleni gündəminə alıb

“Samsunspor”un əsas mərkəz müdafiəçisi Rik van Drongelen göstərdiyi stabil çıxışla böyük klubların diqqətini cəlb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş” 27 yaşlı hollandiyalı futbolçu üçün rəsmi transfer addımı atmağa hazırlaşır.

Məlumata əsasən, “ağ-qaralar” müdafiə xəttindəki çatışmazlıqları aradan qaldırmaq üçün Qara dəniz təmsilçisinin aparıcı oyunçusunu yaxından izləyir.

Texniki heyətin müsbət rəyindən sonra klub rəhbərliyinin yanvar ayında “Samsunspor”la əlaqə saxlayacağı bildirilir.

Sol ayaqlı olması və geridən oyun qurmaq bacarığı ilə seçilən Rik van Drongelenin “Beşiktaş”ın mərkəz müdafiəçisi rotasiyası üçün əsas namizəd olduğu vurğulanır.

Qeyd edək ki, bu mövsüm “Samsunspor”un heyətində 25 oyuna çıxan hollandiyalı müdafiəçi 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər