Əsas məzmuna keç

BDYP sürücülərə çağırış edib

BDYP sürücülərə çağırış edib

bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürüclərə müraciətində qeyd edilib. Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada...

Azərbaycanda sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədar yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin sürüclərə müraciətində qeyd edilib.

Qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən yol-nəqliyyat hadisələrinin 10-20%-i sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.

"Son ki, ölkəmizdə də bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır. Yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın", - deyə məlumatda bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…