Əsas məzmuna keç

Baş nazir: "Azərbaycanın strateji valyuta ehtiyatları 67 milyard dollara çatıb"

Baş nazir: "Azərbaycanın strateji valyuta ehtiyatları 67 milyard dollara çatıb"

bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin...

Azərbaycanın strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb ki, bu da, ilin əvvəli ilə müqayisədə 14,5 % çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr Nazirlər Kabinetinin geniş iclasında deyib.

Ə. Əsədovun sözlərinə görə, hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb:

"Bu ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…