"Barselona" 2025-ci ildə ilk transferinə qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kataloniya klubu "Bayer"in müdafiəçisi Conatan Ta ilə maraqlanır.
Klub rəhbərliyi artıq futbolçu və onun ətrafı ilə şəxsi şərtləri razılaşdırıb.
28 yaşlı alman futbolçunun yayda azad agent kimi "Barselona"ya keçəcəyi gözlənilir.
O, bu mövsüm Leverkuzen klubunda 21 oyun keçirib və bir qol vurub.
"Transfermarkt" portalı Almaniya millisinin müdafiəçisinin dəyərini 30 milyon avro qiymətləndirir.