Əsas məzmuna keç

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb. Bu...

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayətkarlıqla Mübarizə İdarəsi keçirib, üç şəxsdən 35 kiloqram aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən məlumat verilib

Bildirilib ki, tədbirlərlə narkoşəbəkənin üzvləri məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Məlumata görə, onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.

"Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…