Əsas məzmuna keç

Bakının Xətai rayonunda hərbi sursat aşkarlanıb

Bakının Xətai rayonunda hərbi sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın edilməsi barədə məlumat daxil olub.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı ilə birgə 2 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…