Operativ Məlumat Mərkəzi

Bakının Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq

1 dəq
Paylaş:
Bakının Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılacaq
Martın 8-i, saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq  təmir...

Martın 8-i, saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, prospektin əsas yolunda, hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər