Əsas məzmuna keç

Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub

Bakının Həsən bəy Zərdabi küçəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işlərini yekunlaşdırıb....

Avtomobil Yolları Dövlət Agentliyi () Bakının Yasamal rayonu, Həsən bəy küçəsində təmir işlərini yekunlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AAYDA-ya istinadən xəbər verir.

Məlumata görə, küçənin “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində icra olunub:

"Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb".

Bildirilib ki, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…