Əsas məzmuna keç

Bakıda toyda zəhərlənən 32 nəfər evə buraxılıb - YENİLƏNİB

Bakıda toyda zəhərlənən 32 nəfər evə buraxılıb - YENİLƏNİB

zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir. TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb....

19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) qida zəhərlənməsi diaqnozu ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.

Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

***

Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zəhərlənmənin Venesiya sarayında olduğu bildirilir.

TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…