Əsas məzmuna keç

Bakıda silah-sursat aşkarlanıb - 02.11.2023

Bakıda silah-sursat aşkarlanıb - 02.11.2023

məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib....

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat edilməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş istifadəyə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 3 ədəd 5x45mm PS mərmi, 1 ədəd lüləsi kəsilmiş “TOZ-63” 16 mm kalibrli ov tüfəngi götürülüb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…