Əsas məzmuna keç

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıb

Mağazaya alış-veriş edərkən 21 ədəd 100 dollarlıq saxta əskinas verən şəxslər saxlanılıb. Daxili işlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Mağazaya alış-veriş edərkən 21 ədəd 100 saxta verən şəxslər saxlanılıb.

Daxili işlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…