Operativ Məlumat Mərkəzi

Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin daha bir konserti keçirilib - FOTOLAR

2 dəq
Paylaş:
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin daha bir konserti keçirilib - FOTOLAR

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. Mədəniyyəti günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.

Qonaq ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə qardaş ölkənin zəngin ənənələrini böyük şövqlə nümayiş etdiriblər.

Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomuradova ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.

Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva öz ifaları gecəyə rəng qatıblar. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, “Qarabağ” mahnısını da ifa etməsi könülləri oxşayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər