Əsas məzmuna keç

Bakıda narkotikə görə 81 nəfər saxlanılıb

Bakıda narkotikə görə 81 nəfər saxlanılıb

Bakının Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb Daxili İşlər...

Bakının Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə olan 81 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Sabunçu Rayon İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 yüksək təsiredici xassəyə malik olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…