Operativ Məlumat Mərkəzi

Bakıda illər əvvəl törədilmiş qətlin üstü açılıb

2 dəq
Paylaş:
Bakıda illər əvvəl törədilmiş qətlin üstü açılıb
Bakıda 26 il əvvəl törədilmiş qətlin üstü açılıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin...

Bakıda 26 il əvvəl qətlin üstü açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatnda bildirilib.

Belə ki, ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir. Bu istiqamətdə Bakı şəhəri Nizami Rayon Prokurorluğu və rayon polis idarəsi tərəfindən 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktına dair başlanmış üzrə birgə istintaq- tədbirləri həyata keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində 26 il əvvəl törədilmiş qətlin üstü açılaraq, cinayətin əvvəllər qəsdən adam öldürmə və sair əməllərə görə məhkum olunmuş Kərim Kərimli tərəfindən mübahisə zəminində xüsusi amansızlıqla törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimli Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən illərdən bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması istiqamətində zəruri tədbirlərin icrası davam etdirilir.had

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax