Əsas məzmuna keç

Bakıda daha bir küçədən Dairəvi yola çıxışda genişləndirmə işləri aparılıb

Bakıda daha bir küçədən Dairəvi yola çıxışda genişləndirmə işləri aparılıb

Bakının Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb. Bu barədə "Operativ...

Bakının rayonu Nazim Hikmət küçəsindən Bakı yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…