Əsas məzmuna keç

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Paytaxtın Nəsimi rayonunda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər tutulub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəsimi Rayon Prokurorluğundan...

Paytaxtın rayonunda 17 oğlan qətlə yetirilib, iki nəfər tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Nəsibov və Əli Vəliyevin (ad və soyad olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanaraq ibtidai istintaq aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…