Əsas məzmuna keç

Bakı və Sumqayıtda birinci sinfə müraciət qəbulunun müddəti uzadılıb

Bakı və Sumqayıtda birinci sinfə müraciət qəbulunun müddəti uzadılıb

bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi...

Bakı və Sumqayıtda birinci sinfə elektron prosesinə hazırlıq çərçivəsində vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı müraciətlərin qəbulu aprelin 1-dək uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, süni sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

Bununla yanaşı daimi qeydiyyatı valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər.

Məlumatda qeyd olunub ki, vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər:

"Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…